İQTİSADİYYAT


“Milli genişzolaqlı internetin inkişafı” layihəsinin həyata keçirilməsi üçün yeni maliyyələşdirmə mənbələri araşdırılır

Bakı, 14 yanvar, AZƏRTAC

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkədə “Milli genişzolaqlı internetin inkişafı” layihəsinin həyata keçirilməsi üçün yeni maliyyələşdirmə mənbələri araşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, əvvəllər layihənin maliyyələşdirilməsinin yeganə mənbəyi kimi Dövlət Neft Fondunun vəsaitləri nəzərdə tutulurdu. Hazırda layihənin reallaşdırması üçün müxtəlif strukturlardan kreditlər alınması nəzərdə tutulub. Layihə 2014-2016-cı illəri əhatə edir. Nazirliyin tədbirlər planına əsasən, 2017-ci ilədək Azərbaycanın bütün yaşayış məntəqələri internet şəbəkəsinə yüksək sürətli girişlə təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.