Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli ideya – keçmişin dərk edilməsi və gələcəyə istiqamətlənmə

Milli ideya – keçmişin dərk edilməsi və gələcəyə istiqamətlənmə

Bakı, 19 aprel, AZƏRTAC

 
Alimlərin çoxu seçdikləri məhdud ixtisas sahəsində çalışmağa, əlaqəli sahələrə maraq göstərməməyə adət ediblər.
Lakin elə alimlər də var ki, onlar ilbəil elmi tədqiqatlarının diapazonunu genişləndirir, digər bilik sahələrinə aid nailiyyətlərdən və kəşflərdən öz işlərində istifadə edir, elmin qarşısında duran yeni çağırışlara cavab verməyə çalışırlar.
Akademik Ramiz Mehdiyev məhz belə alimlərdəndir. Ramiz müəllimin bütün elmi reqaliyalarına və rütbələrinə rəğmən, arxayınlaşma və şöhrətdən sərməst olma hissləri ona yaddır. O, daim elmi axtarış üfüqlərini genişləndirir, fəlsəfə və sosiologiyanın, tarix və siyasətin, fəlsəfə və genetikanın sərhədinə aid yeni-yeni aktual problemlərə müraciət edir...

2000-ci illərin əvvəllərində Ramiz Mehdiyevin “Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi” (2001), “Azərbaycan: qloballaşma dövrünün çağırışları” (2004), “2005-ci il parlament seçkiləri: ilkin təhlil” (2006), “Vətəndaş cəmiyyətinə yol açan ideyalar” (2006) kimi əsərləri əlamətdar hadisə oldu. Bu əsərlər müstəqil Azərbaycanın demokratik inkişafına dair xüsusi konsepsiya, model yaratmağa ciddi cəhdlər idi.

2007-ci ildə akademik Ramiz Mehdiyevin “Demokratiya yolunda: irs haqqında düşünərkən” adlı fundamental əsəri nəşr olundu. Bu əsərdə ən yeni politoloji və futuroloji konsepsiyaların hərtərəfli təhlili əsasında demokratik inkişafın milli modelinin təcrübəsi ümumiləşdirilib və modelləşdirilib. Yadımdadır, bu kitabda təqdim edilən mövzuların ensiklopedik əhatə dairəsi, orada toplanmış informasiyanın aktuallığı və yeniliyi məni o dərəcədə heyrətləndirdi ki, mən hətta bu kitaba rəy yazmağa cəsarət etdim. Hörmətli alimin əsərləri geniş oxucu auditoriyası üçün nəzərdə tutulur. Mənim rəyim də bu oxuculardan birinin fikri idi. Yeri gəlmişkən, mən bu gün də Ramiz Mehdiyevin əsərlərinin əsas məziyyətlərindən birini onda görürəm ki, onun kitabları akademik səviyyədə olmaqla bərabər, heç də mücərrəd deyildir, hər bir oxucu bu kitablarda özü üçün müəyyən yeniliklər və faydalı cəhətlər tapa bilər - filosof da, tarixçi də, sosioloq və ya praktiki iqtisadçı da.

Onun kitabları, konseptual məqalələri, esse və müsahibələri mahiyyət etibarilə Azərbaycanın müstəqillik illərində keçdiyi yolun təcrübəsinin sistemli şəkildə təhlilinin və ümumiləşdirilməsinin nəticəsi, həmçinin (bu daha vacibdir) XX əsrin sonu – XXI əsrin əvvəllərində bütün dünyada baş verən struktur dəyişiklikləri şəraitində Azərbaycan dövlətçiliyinin təşəkkülünün əsas meyillərini və perspektivlərini göstərmək üçün çox uğurlu cəhddir. Bununla əlaqədar, Ramiz Mehdiyevin “Azərbaycanı dəyişmiş on il” kitabını xüsusi qeyd etmək lazımdır. Bu kitabda 2003-2013-cü illərdə ölkəmizdə həm iqtisadiyyatda, həm dövlət idarəçiliyi sistemində, həm də xarici siyasətdə baş vermiş dəyişikliklər kompleks şəkildə təhlil edilib.

Lakin Ramiz müəllimin araşdırmaları bir mövzu çərçivəsində məhdudlaşmır. Biz artıq adət etmişik ki, alimin hər bir müsahibəsində və ya məqaləsində bu və ya digər məqamda cəmiyyətimizin ən aktual problemlərinə toxunulur, buna görə də onun hər bir yeni işi oxucular arasında geniş rezonans doğurur, mətbuatda qızğın əks-sədaya səbəb olur və son nəticədə ictimai diskussiyaya çevrilir. Məsələn, bir neçə il bundan əvvəl Ramiz Mehdiyev “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsində radioteleefir sahəsində vəziyyətin heç də xoşagələn olmaması barədə tənqidi fikirlərini açıq bölüşdü. Nəticədə bizim ictimaiyyəti “silkələmək”, mütəxəssislərin diqqətini bu problemə cəlb etmək mümkün oldu.

Görkəmli filosof son vaxtlar Azərbaycan tarixinin bəzi səhifələrinə müraciət edib, Səfəvilərin hakimiyyəti dövrünü orijinal şəkildə tədqiq edib. Onun başqa əsərləri kimi, “Şah İsmayıl Səfəvi. Hökmdarın və döyüşçünün portreti” adlı kitabı da elm aləmində canlı diskussiyaya səbəb oldu. Bu əsər Azərbaycanın görkəmli dövlət xadiminin irsinə ən genişhəcmli və sistemli baxışın məhsuludur...

Akademikin əsərlərinin çoxu Dağlıq Qarabağ münaqişəsi və erməni separatizmi probleminə həsr edilib. Bu baxımdan onun 2000-ci ildə Azərbaycan, rus və ingilis dillərində nəşr edilmiş “Azərbaycanlıların soyqırımı reallıqları” kitabını xatırlamaq kifayətdir. Bir müddətdən sonra nəşr edilmiş “Gorus-2010: absurd teatr mövsümü” kitabında ironik polemika janrında keçmiş səhra komandiri, Ermənistanın eks-prezidenti Serj Sarkisyanın təhlükəli etirafları ifşa edilir, erməni təcavüzkar separatizmi barədə, “arsaxçılıq” ideoloqları və onların xaricdəki himayədarları barədə bütün həqiqət açıq söylənilir. Daha sonra KİV-lərdə və saytlarda Ramiz Mehdiyevin “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” adlı gözəl tarixi-fəlsəfi essesi dərc olundu. Çoxlu sayda nadir sənədlərə və elmi mənbələrə əsaslanan bu essenin şəksiz aktuallığı kütləvi şüurun mifləşdirilməsi, tarixin saxtalaşdırılması texnologiyasını ifşa etməkdən ibarət idi. Erməni ideoloqları yer üzündə ən qədim etnos adlandırılmaq hüququnu özlərinə aid etmək məqsədilə əsrlər boyu bu texnologiyadan istifadə edirlər. Çox vacib və əlamətdar məqam ondan ibarət idi ki, Ramiz Mehdiyevin əsərlərinin çoxu rus, ingilis və bəzi başqa dillərə tərcümə edilib, internet-resurslarda yerləşdirilib. Ona görə ki, Dağlıq Qarabağda baş verən hadisələr barədə həqiqətin dünya ictimaiyyətinə çatdırılması, təcavüzkar erməni separatizmi ideoloqlarının həqiqi məqsəd və metodlarının ifşa edilməsi bu gün də Azərbaycanın elmi ictimaiyyətinin əsas vəzifəsi kimi qalmadadır.

Yuxarıda adlarını çəkdiyimiz kitablar və konseptual məqalələr görkəmli filosof alimin 2014-cü ildə Moskvada (daha sonra bir neçə xarici dildə dünyanın bir sıra ölkələrində) nəşr edilmiş “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” adlı fundamental əsərinə bir növ prelüd oldu. Kitabın adından da görünür ki, bu əsərdə sübutlar kimi əsasən Ermənistanda, Rusiyada və xarici ölkələrdə mövcud mənbələrə istinad edilir. Bu kitabın səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, müəllif mövzuya yeni elmi prizmadan yanaşır, antik dövrdən başlayaraq erməni etnogenezi, Qafqaz türklərinin antropologiyası, Qafqaz Albaniyasının tarixi məsələlərinə toxunur, əsərin sonunda isə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar prosesinin hüquqi aspektlərini araşdırır. Görkəmli alim bu kitabda Milli Elmlər Akademiyasındakı həmkarlarının qarşısına bir sıra məsələlər qoyur, yeni vəzifələr ifadə edir: antik və orta əsrlər mifologiyası üzrə mütəxəssislər lazımdır, antropoloq, konfliktoloq kadrları, antik və qədim erməni dili mütəxəssisləri hazırlanmalıdır. Alim qeyd edir ki, biz təcrübəli düşmənlə onun meydanında savaşmalıyıq. Bir sürü erməni tarixçiləri və ideoloqları ilə elmi diskussiyaların avanqardında gedən akademik Ramiz Mehdiyev bu gün məhz belə səviyyədə vuruşur.

... Mən akademik Ramiz Mehdiyevin başqa işlərinə də həvəslə münasibət bildirmişəm, onlara aid məqalələr və resenziyalar dərc etdirmişəm. Bir neçə il bundan əvvəl mən həmin məqalələri bir kitabça şəklində toplayaraq “Sabahkı gün haqqında düşünərkən” adı altında nəşr etdirmişəm. Hesab edirəm ki, onun ən yaxşı əsərlərinin əsasını, cövhərini təşkil edən məhz bu məqamdır – alimin gələcəyə yönəlmiş fikirləridir.

* * *

Son vaxtlar Ramiz müəllimi daha bir aktual problem narahat edir. O, öz elmi araşdırmalarının mühüm istiqamətini bu problem ətrafında cəmləşdirir: milli ideya problemi. Bir il bundan əvvəl Moskvada Ramiz Mehdiyevin “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” adlı yeni kitabı çapdan çıxdı («Национальная идея Азербайджана в эпоху глобальных трансформаций». М., Росспэн, 2017).

Mən bilirdim ki, Ramiz müəllim bu ikicildlik üzərində işləyir, bu əsəri çoxdan yazırdı. İkicildliyin I cildi üçün ilk mənbələrlə, arxiv materialları ilə çox işləmək lazım idi. Buna görə əvvəlcə II cild nəşr edildi: onun üçün konseptual məqalələr şəklində hazırlıq işləri əvvəlcədən görülmüşdü. Müxtəlif illərdə Ramiz Mehdiyev bu mövzuda məqalələr və daha geniş materiallar nəşr etdirib. Mən həmin məqalələrdən biri (“Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi”) barədə vaxtilə resenziya yazmışam («Современный Азербайджан как воплощение национальной идеи», «Бакинский рабочий», 19 мая 2011 года).

İkinci cilddə ilk dəfə olaraq ölkədə yaradılan müasir sənaye cəmiyyətindən tədricən postsənaye cəmiyyətinə keçmək cəhdi XXI əsrdə Azərbaycanda milli ideyanın reallaşdırılması kimi nəzərdən keçirilir. Mənim fikrimcə, bu təhlil çox uğurla aparılıb. (bax: Э.Ахундова. «Национальная идея Азербайджана в эпоху глобальных трансформаций», 1 news.az, 17.04.2017).

Qeyd etdiyim kimi, ikinci cilddə prinsipial məqamlardan biri Azərbaycanda milli ideyanın formalaşması prosesinin orijinal şəkildə dövrlərə bölünməsidir – XIX əsrin birinci 30 ilində mədəni oyanışın birinci mərhələsindən yeddinci mərhələyə qədər. 1993-2003-cü illəri əhatə edən yeddinci mərhələdə milli ideya dövlət müstəqilliyi və milli müstəqillik ideyası şəklində tam formalaşdı. Mənim fikrimcə, milli ideyanın formalaşmasının yeddi mərhələsi Ramiz Mehdiyevin ən inqilabi və novator konsepsiyalarından biridir. Müəllif nadir arxiv materiallarından və ən müasir tədqiqatlardan istifadə edərək bu mərhələlərdən hər birinin səciyyəvi cəhətlərini inandırıcı şəkildə təhlil edir...

İkicildliyin Moskvada yenicə nəşr edilmiş “Milli ideyanın formalaşmasında tarixin dərk edilməsinin faydası haqqında” adlı birinci cildi («О пользе познания истории в формировании национальной идеи», М., «Столица», 2017) qarşımdadır.

Ramiz müəllim Azərbaycan elmində mövcud boşluqları əsl alim kimi həssaslıqla duyaraq, xalqımızın milli ideyası, milli identikliyi, etnogenezi probleminə görə çox narahatdır. Bu da təsadüfi deyil, axı bizim “əbədi opponentlərimiz” olan ermənilər (R.Mehdiyev bədnam qonşularımızı istehza ilə belə adlandırır) Azərbaycan xalqı haqqında yalan məlumatları bütün dünyada yaymağı öz qarşılarına məqsəd qoyublar, guya azərbaycanlılar yalnız XX əsrin 30-cu illərində Stalinin iradəsi ilə belə adlanmağa başlayıblar.

Həmişəki kimi akademik Ramiz Mehdiyevin yeni əsərində də məqsəd bu mifologiyanı inandırıcı şəkildə ifşa etmək, Azərbaycan xalqının etnogenezi məsələsinin bir sıra aspektlərinə aydınlıq gətirməkdir.

Kitabın birinci hissəsində çoxsaylı elmi mənbələrə istinadla irqlərin yaranması, millətlərin antropogenezi problemi nəzəri-metodoloji aspektdə araşdırılır. Müəllif azərbaycanlıların irqi-antropoloji mənşəyi üzrə nüfuzlu alimlərin fikirlərini sitat gətirir, çox vaxt bu fikirlərlə razılaşmır, bununla bərabər qeyd edir ki, bir sıra nəzəriyyələrin təsdiq və inkar edilməsi üçün məlumat bazasının çox cüzi olması həqiqi mənzərəni formalaşdırmağa mane olur. Bununla əlaqədar, akademik Ramiz Mehdiyev Azərbaycan alimlərini etnik antropologiya problemləri ilə daha ciddi məşğul olmağa çağırır. Çünki “antropoloji və genetik materiallarla tanış olmadan müasir Azərbaycan ərazisində yaşamış və Azərbaycan xalqının formalaşmasının əsasını təşkil edən xalqlar və irqlər barəsində mühakimə yürütmək mümkün deyil”.

Müəllif etnogenez məsələlərinin öyrənilməsinə kompleks yanaşmanın zəruriliyini vurğulayır. Bu halda qədim yazılı mənbələr, xalqın dilinin və mədəniyyətinin xüsusiyyətləri, etnoqrafik məlumatlar, toponimika, arxeoloji və antropoloji materiallar tədqiqata cəlb edilir. Əlbəttə, ilkin materialların son dərəcə azlığına və “etnogenetik problemlərin həllinə kompleks yanaşmanın vacibliyi barədə nəzəri tezisə rəğmən, Azərbaycan xalqının etnogenezinin öyrənilməsi praktikasında bu elmi prinsip, demək olar ki, əsas göstəricilərdən biri olmayıb”.

Kitabın “Azərbaycan xalqının mənşəyinin qədimliyi barədə bəzi məsələlərin qoyuluşuna dair” adlı fəsli bu nəşrin birinci hissəsində mərkəzi yer tutur. Ramiz Mehdiyev rusiyalı və digər xarici antropoloqların çoxsaylı əsərlərinə istinadla bildirir ki, Azərbaycan xalqının etnik tarixi minilliklərlə ölçülür. Hərçənd onu da qeyd edir ki, ölkəmizdə “Azərbaycan xalqının bütün mütəxəssislər tərəfindən qəbul edilmiş etnogenezi konsepsiyası yoxdur”. Akademikin fikrincə, son dərəcə aktual olan bu problemin öyrənilməsində çatışmazlıqlardan biri odur ki, inkişaf etməkdə olan dünya elmi fikri hələ bizdə ilkin metodoloji bazaya çevrilməyib, bizim tədqiqatçılar çox vaxt genetika, antropologiya, irqşünaslıq və digər sahələrin elmi prinsiplərinə deyil, emosional stereotiplərə əsaslanan fərziyyələrin təsirinə qapılırlar. Maraqlıdır ki, etnogenez problemlərinə Qumilyovun artıq yarım əsrdən çox tarixə malik olan yanaşması Azərbaycan tarix elminin maraqlarından kənarda qalıb.

Nəticədə ölkəmizin tarix elmində milli identifikasiyanın iki əsas variantı formalaşıb. Bəzi alimlər Azərbaycan xalqının köklərinin hind-İran mənşəli olmasını iddia edir, digərləri bizim etnogenezimizi yalnız türklərə aid edirlər. Bu iki konsepsiya bir-birinə qarşı qoyulur. Sovet tarixşünaslığı bu mövzunun tədqiq edilməsinə ciddi ziyan vurub. Həmin dövrdə Azərbaycan xalqının etnogenezi məsələlərinin dərin elmi araşdırılması ermənilərin köməyi ilə ciddi qadağan edilmişdi.

Müəllif əmindir ki, bu gün etnopsixologiya, etnolinqvistika, genetika, etnologiya, geofizika, coğrafiya, paleontologiya, botanika və bir sıra başqa elmi fənlər cəlb edilməklə Azərbaycan xalqının etnogenezi problemi tədqiq edilməlidir. Başqa sözlə desək, xalqın etnik mənsubiyyətini təyin etmək üçün təkcə, məsələn, dil amili kifayət deyil, bu məsələyə kompleks şəkildə yanaşmaq zəruridir. Əlbəttə, bu halda antropologiya həlledici rol oynamalıdır.

Akademik bununla əlaqədar Azərbaycan elmi cəmiyyəti qarşısında konkret məsələ qoyur: həm ölkəmizin tarixinə nüfuz etmiş psevdoelmi uydurmalardan yaxa qurtarmağa, həm də xalqımızın formalaşması tarixini saxtalaşdırmağa cəhd göstərən xarici müəlliflərə layiqli elmi cavab verməyə kömək edən antropologiya elminin yaradılması vəzifəsi.

Alim maraqlı bir təkliflə çıxış edir: antropoloji elmi tədqiqatlar mərkəzi yaradılsın və bu mərkəz zəruri mütəxəssislərlə təmin edilsin. Müəllifin fikrincə, məhz antropoloji tədqiqatlar bizim tariximizin “Biz kimik”, “Bizim əcdadlarımız kim olub”, “Azərbaycanlıların etnik tarixi kimlərdən başlanır” kimi mühüm suallarına cavab tapmağa kömək edəcək.

Lakin alim təkcə məsələnin qoyuluşu ilə kifayətlənmir. Ramiz Mehdiyev Qafqaz xalqlarının antropoloji tipinin xüsusiyyətləri barədə ətraflı söhbət açaraq Azərbaycan xalqının antropogenezi barədə öz konsepsiyasını irəli sürür. Müəllif külli miqdarda elmi materialı araşdıraraq bu qənaətə gəlir ki, “Azərbaycan etnosunun əsas təkamül xətti yerli qəbilələrlə bağlıdır və ən qədim tarixi dövrlərdən başlanır... Azərbaycanlıların əcdadları ta qədimdən eyni ərazidə yaşayıblar və bu ölkənin müasir avtoxtonları ümumi antropoloji əlamətləri nəsilbənəsil mənimsəyiblər”. Azərbaycan xalqı superetnos kimi bir neçə güclü etnosun qarşılıqlı təsiri nəticəsində formalaşıb. Bəli, müasir Azərbaycan xalqı türkdilli etnosdur, lakin onun çoxsaylı qədim əcdadları olub və bu etnos çox böyük tarixi yol keçib. Onun ilk mənbələri Ön Asiyada və Cənubi Qafqazda yaşayan qəbilələr olub.

Kitabın çox maraqlı və ibrətamiz səhifələrində müəllif Azərbaycan xalqının etnomədəni prioritetlərinin formalaşmasına kömək edən daxili və xarici amilləri, etnik və dini tolerantlığı, başqalarının həyat tərzinə, adət-ənənələrinə dözümlülüyü, muğamın xüsusi rol oynadığı zəngin mədəni ənənələri və başqa məqamları ətraflı təsvir edir.

Müəllif qürur hissini gizlətmədən ta qədim dövrdən başlayaraq ucsuz-bucaqsız Ön Asiya regionunun tarixini, böyük imperiyalar yaratmış, dünyaya görkəmli dövlət xadimləri bəxş etmiş xalqı haqqında yazır. “Bizim borcumuz yeni tarixi şəraitdə onların işlərini davam etdirməkdir. Buna görə də həmvətənlərimizin indiki nəslinin bütün fəaliyyətinin əsas məzmunu müasir milli ideya konsepsiyası yaratmaqdan və onu reallaşdırmaqdan ibarət olmalıdır...”

Birinci hissənin sonrakı fəsilləri “milli ideya” anlayışına sosial-fəlsəfi yanaşmanın mahiyyətini təşkil edir. Müəllif “ideya”, “milli ideya”, “milli mənlik şüuru”, “milli maraq” anlayışlarına aid ən müxtəlif nəzəriyyə və konsepsiyaları təhlil edir, cəmiyyətin həyatında mühüm rol oynayan bu anlayışların mənası və mahiyyəti barədə mülahizə yürüdür.

Təbii ki, ikinci kitabın ən mühüm bölmələrindən biri “Ermənilərin etnogenezi məsələsinə dair” adlı fəsildir. Son dərəcə əhəmiyyətlidir ki, kitabın Moskvada nəşr edilməsi sayəsində (şübhə etmirəm ki, bu ikicildliyin fövqəladə aktuallığı səbəbindən o, başqa xarici dillərə də tərcümə ediləcək), erməni və rus alimləri də oxuyacaq və bu fəsil çoxları üçün qızğın mübahisələrin mövzusu, bəziləri üçün isə “həqiqət anı” olacaq. Hər halda, möhtərəm Ramiz Mehdiyevin bütün əsərlərinin məqsədi ciddi elmi diskussiyaya və alimlər arasında fikir mübadiləsinə yönəlib. Əlbəttə, bu şərtlə ki, onlar növbəti miflər yaratmaq və faktları saxtalaşdırmaq əvəzinə həqiqəti axtarmaq istəsinlər...

Müəllif möhkəm nəzəri təməl yaradandan sonra XIX-XX əsrlərdə Azərbaycan xalqının tarixinin milli ideyanın formalaşması və inkişafı baxımından təhlilinə başlayır. Gizlətmirəm ki, öz kitablarında və məqalələrində müasir Azərbaycanın sosial-siyasi proseslərini tədqiq edən bir yazıçı-publisist kimi kitabın bu bölmələri (8, 9, 10, 11-ci fəsilləri) mənim üçün xüsusilə maraqlıdır. Düşünürəm ki, bu fəsillər postsovet məkanında keçmiş sovet xalqlarının müstəqillik əldə edənə qədər və sonrakı dövrdə üzləşdiyi mürəkkəb prosesləri və ideoloji çağırışları tədqiq edən bütün tarixçilər və politoloqlar üçün son dərəcə maraqlı və ibrətamiz olacaq.

İnformasiya baxımından zənginliyinə görə hər biri ayrıca bir kitab ola biləcək genişhəcmli fəsillərin məzmununu burada təkrarlamaq fikrində deyiləm. Həmin fəsillərdə milli identikliyin dini, dil, ümumtürk, türk-Azərbaycan konsepsiyasından başlamış məxsusi Azərbaycan milləti konsepsiyasına, Ramiz Mehdiyevin təbirincə desək, tədricən siyasət, ideologiya və milli ideya statusu qazanmış “Azərbaycançılıq” konsepsiyasına qədər çoxsaylı konsepsiyalar təqdim edilir, bu isə Şərqdə birinci Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında mühüm rol oynayır.

Müəllif A.Bakıxanov və M.Kazımbəyin, M.F.Axundzadə və H.Zərdabinin, N.Nərimanov və Ü.Hacıbəylinin irsinə, sonrakı fəsillərdə isə Ə.Ağayev, Ə.Hüseynzadə, İ.Qaspıralı və M.Ə.Rəsulzadənin əsərlərinə müraciət edir. Bu mütəfəkkirlərin hər biri “Azərbaycançılıq” ideya-siyasi doktrinasının formalaşmasına öz töhfəsini verib. Alim türk xalqlarının tarixində şanlı rol oynamış bu insanların hamısına çox böyük hörmət və minnətdarlıqla yanaşır, Mirzəbala Məmmədzadənin təbirincə desək, məhz onların sayəsində “cəmiyyətin şüurunda Azərbaycan ideyası bərqərar olub!”

Təəssüf ki, millətin əvvəllər misli görünməmiş mənəvi və fiziki yüksəlişi dövrü bolşevik ekspansiyası nəticəsində yarımçıq qaldı. Müəllif Azərbaycanın sovet imperiyasının tərkibində olduğu 70 illik dövrü birpartiyalı siyasi sistem və kommunist ideologiyası şəraitində milli ideyanın necə dəyişməsi və inkişaf etməsi baxımından araşdırır. Akademik Ramiz Mehdiyev tarixdə şəxsiyyətin böyük əhəmiyyəti və rolu barədə söhbət açaraq Azərbaycan Respublikasının rəhbərlərinin Mircəfər Bağırovdan Ayaz Mütəllibova qədər yaddaqalan portretlərini yaradır. Möhtərəm alimin bu həssas mövzuya tarixi-obyektiv yanaşması mənə çox xoş təsir bağışlayır. Bu rəhbərlərin hər biri, necə deyərlər, müsbət və mənfi cəhətləri ilə öz dəqiq “pay”ını alır, doğma respublikamızın sosial-iqtisadi və mədəni inkişafında onlardan hər birinin rolu ətraflı şəkildə və tarixi reallığa uyğun olaraq qiymətləndirilir.

Müəllif sovet tarixinin müxtəlif dövrlərini nəzərdən keçirərkən hətta elə müasir alimlərin və publisistlərin tədqiqatlarından sitat gətirir, hansıların ki, siyasi baxışları ilə qətiyyən razı deyil. Məsələn, ötən əsrin 50-ci illərində respublikada İ.Mustafayevin hakimiyyətdə olduğu dövrdən söhbət açarkən müəllif Cəmil Həsənlinin “Xruşşovun “mülayimləşmə dövrü” və milli məsələ” adlı kitabından dəfələrlə sitat gətirir, 1990-cı illərin əvvəlində gedən prosesləri təhlil edərkən Rasim Ağayevin və Zərdüşt Əlizadənin “Azərbaycan: ikinci respublikanın sonu” kitabına istinad edir. Gizlətmirəm, mənə xoş oldu ki, müəllifin sitat gətirdiyi kitablar arasında mən özümün Moskvada nəşr edilmiş “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı üçcildliyimi də gördüm. Ümumiyyətlə, ən müxtəlif mənbələrə və müəllifləri fərqli, bəzən bir-birinə zidd baxışların və konsepsiyaların tərəfdarları olan ədəbiyyata müraciət edilməsi Ramiz Mehdiyevin kitablarına polifoniklik gətirir, nəticədə oxucuların şüurunda obyektiv mənzərə formalaşır.

Kitabın müəllifinin fikrincə, “milli tariximizdə yaxın vaxtlarda baş vermiş hadisələrə müraciət olunması çox vacibdir, azərbaycanlıların gələcək nəsli qloballaşan dünyada milli ideyanın reallaşmasından ötrü təməl yaratmaq üçün Azərbaycan xalqlının necə mürəkkəb yol keçməli olduğunu yadda saxlamalı və bunu daha yaxşı dərk etməlidir”.

Əslində, görkəmli Azərbaycan aliminin, Azərbaycanın müasir elmi fikrinin tanınmış korifeylərindən birinin Rusiya paytaxtında çapdan çıxmış fundamental əsərinin hədəfi elə bu məsələni həll etməkdir.

... Mən Heydər Əliyev haqqında öz kitablarımda bəhs etdiyim sovet keçmişimizə aid bir maraqlı epizodu xatırlatmaq istəyirəm. XX yüzilliyin 70-80-ci illərində Ramiz Mehdiyev Respublika Kommunist Partiyasının Mərkəzi Komitəsində məsul vəzifələrdə işləyirdi. Heydər Əliyevin Moskvaya getməsindən təxminən bir il əvvəl Ramiz Ənvər oğlu MK-nın tərkibinə daxil edildi, Büro üzvlüyünə namizəd seçildi və Təşkilati-partiya işi şöbəsinin müdiri təyin olundu. MK-nın bu aparıcı şöbəsi, o vaxtlar deyildiyi kimi, Azərbaycanın partiya və dövlət kadrlarının seçilməsi və yerləşdirilməsi ilə məşğul olurdu. Tezliklə bu şöbə Ramiz Mehdiyevin rəhbərliyi ilə saat mexanizmi kimi işləməyə başladı. Heydər Əliyev MK-nın Bürosundakı həmkarları ilə vidalaşanda öz şöbə müdirinin işi barəsində demişdir: “Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi uzun illər boyu Təşkilati-partiya işi şöbəsinin müdirini axtarırdı. Nəhayət, indi deyə bilərəm ki, biz Təşkilati-partiya işi şöbəsinin müdirini tapmışıq. Bu, Ramiz Mehdiyevdir”. Heydər Əliyev öz komandasının üzvlərindən kimisə, xüsusən başqalarının yanında çox nadir hallarda tərifləyərdi. Buna görə də Ramiz müəllimin işinə Heydər Əliyevin verdiyi qiyməti çox yüksək qiymət hesab etmək lazımdır...

Təsadüfi deyil ki, 1993-cü ildə Heydər Əliyev yenidən respublika rəhbərliyinə qayıdanda “köhnə qvardiya”dan, ilk növbədə, Ramiz Mehdiyevi xatırladı və onu Prezident Aparatına işə dəvət etdi - əvvəlcə Ümumi Şöbənin müdiri kimi, az sonra isə çox mühüm bir vəzifəni – Prezident Administrasiyasının rəhbəri vəzifəsini ona etibar etdi...

Fikrimcə, Ramiz Mehdiyev xoşbəxt insandır. Çünki o, dahi Heydər Əliyevin komandasının üzvü kimi müstəqil Azərbaycanın ilk qurucularından biri olub. Gənc dövlətçiliyimizin dirçəlişi və möhkəmlənməsi proseslərində onun mühüm rolu və aşkar xidmətləri var.

Ramiz Mehdiyev bu gün də Prezident İlham Əliyevin komandasında aparıcı siyasi simadır. Bu yaxınlarda həmin komanda yenidən parlaq uğur qazandı, İlham Əliyevin inamlı qələbəsi ilə başa çatmış prezident seçkilərində sıx birlik və həmrəylik nümayiş etdirdi. Buna görə də akademik Ramiz Mehdiyevin adı Azərbaycanın ictimai-siyasi və intellektual–mənəvi tarixinə möhkəm daxil olub. Ramiz Mehdiyev bu tarixi öz zəhməti, zəkası, prezidentə və dövlətə sədaqəti ilə yazıb və bundan sonra da yazacaq.

Mən böyük alimi həm növbəti kitabının çapdan çıxması, həm də əla fiziki və intellektual formada qarşıladığı yubileyi münasibətilə təbrik etmək, ona möhkəm cansağlığı, indiki kimi tükənməz əməksevərlik, müstəqil Azərbaycanın rifahı naminə yeni uğurlar diləmək istəyirəm.

Elmira Axundova

Milli Məclisin deputatı,

yazıçı-publisist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb

Sosial Xidmətlər Agentliyi ilə Penitensiar xidmət məhkumların cəmiyyətə inteqrasiyası ilə əlaqədar əməkdaşlıq edəcəklər

“Türk sivilizasiyasının dirçəlişi” beynəlxalq elmi konfransı işə başlayıb

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb

Baş konsul: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Misirdə 2500 il əvvələ aid “Zəbur” kitabı nümayiş etdirilir

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1500 mənzil və fərdi ev veriləcək

ADAU-da "Qadının cəmiyyətdəki rolu" mövzusunda forum keçirilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

Ukrayna hökuməti PUA alınmasına 130 milyon dollar ayırıb

"Qlobal Təkrar Emal Günü”ndə “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub VİDEO

Rusiyada səsvermə protokollarının 100 faizi hesablanıb

Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib

Paytaxtın abad məhəllələrində Novruz şənliyi

AzMİU-nun əcnəbi tələbələrinin Novruz sevinci

Masallıda noxud əkini sahəsi iki dəfə artıb VİDEO

® “Coca-Cola” “2030 Su Təhlükəsizlik Strategiyası”nı təqdim edib

NATO-nun Baş katibi Gürcüstanın Baş naziri ilə görüşüb

Samuxda 2000 ağac və 1000 ədəd gül kolu əkilib

Azərbaycanın hər bir çağırışı uğurlu gələcəyə böyük stimuldur - ŞƏRH

Mehriban İmanova: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun parlaq ifadəsidir