MƏDƏNİYYƏT


Milli kino inciləri ilə tanışlıq davam edir

Bakı, 4 fevral, AZƏRTAC

“Kinoklub” öz sevimli tamaşaçılarının dünya və milli kino inciləri ilə tanışlığını davam etdirir. Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə yaradılan klubda növbəti görüş keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, gecənin moderatoru Almaz Sultanzadə tamaşaçılara Azərbaycan kinosuna aid qısametrajlı bədii filmlər barədə danışıb. Sonra o, 1967-ci ildə “Azərbaycanfilm” kinostudiyasında Salam Qədirzadənin hekayəsi əsasında rejissor Eldar Quliyevin diplom işi olan “Biri var idi, biri yox” və “4.1 Şəhər motivləri” almanaxına daxil olan rejissor Cəfər Axundzadənin “Dmitrov küçəsi, 86” qısametrajlı bədii filmləri barədə maraqlı məlumatlar verib.

Nostalji notlarla zəngin olan ekran əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb, nümayişdən sonra müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.