İDMAN


Milli komandamızın sabiq üzvü karyerasını Türkiyədə davam etdirəcək

Bakı, 10 yanvar, AZƏRTAC

Futbol üzrə milli komandamızın sabiq üzvü Tuğrul Erat karyerasını Türkiyədə davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi İkinci liqada mübarizə aparan “Karagümrük” klubuna keçib.

Bu barədə aşağı dəstə təmsilçisinin vitse-prezidenti Cengiz Günaydın şəxsi “Instagram” səhifəsində məlumat verib.

Qeyd edək ki, əsas millimizdə 4, U-21-də isə 3 oyun keçirən T.Eratın son klubu Almaniya Regional Liqasında çıxış edən “Ştrelen” olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.