MƏDƏNİYYƏT


“Milli mədəniyyətlər kaleydoskopu”nda bu dəfə Azərbaycandan bəhs olunub

Moskva, 30 yanvar, AZƏRTAC

Rusiya Federasiyasının Kurqan vilayətində sağlamlıq imkanları məhdud uşaqlara Azərbaycan barədə məlumat verilib.

AZƏRTAC xəbər verir ki, Prezident Qrantları Fondunun dəstəyi ilə həyata keçən “Milli mədəniyyətlər kaleydoskopu” layihəsi çərçivəsində German Travnikov adına İncəsənət Muzeyində Azərbaycana həsr edilmiş tədbir təşkil olunub.

Sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycan suvenirləri hazırlayıb, respublikanın görməli yerlərini və təbiətini təsvir edən rəsmlər çəkiblər. Əl işlərinin hər biri sərgidə nümayiş etdirilib. Yeniyetmələr öyrəndikləri milli oyunlar və rəqslər təqdim ediblər. Azərbaycanlıların Milli-Mədəni Təşkilatının təmsilçiləri, o cümlədən “Odlar yurdu” Kurqan vilayət təşkilatının üzvü Ayaz Yaqubov Azərbaycan haqqında söhbət açıblar. Bütün tədbirlərdə iştirak edən Kurqan vilayətinin Azərbaycan diasporu bu dəfə qonaqları milli şirniyyatlardan dadmağa dəvət edib.

“Milli mədəniyyətlər kaleydoskopu” Rusiya Federasiyası Prezidentinin qrantı əsasında həyata keçirilir. Uşaqlar Kurqan vilayəti ərazisində yaşayan on milli azlıqla il ərzində tanış olurlar. Məşğələlərin proqramına bu xalqların mədəniyyəti, adət-ənənələri, folkloru, nağıl və dastan qəhrəmanları ilə tanışlıq aiddir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.