ELM VƏ TƏHSİL


Milli mənəvi dəyərlərimizin qorunması ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır

Bakı, 17 oktyabr, AZƏRTAC 

Ulu öndər Heydər Əliyev qısa zamanda dövlət müstəqilliyimizi möhkəmləndirərək onun əbədiliyini, dönməzliyini təmin edib. Ümummilli Lider demokratik, hüquqi dövlətçilik prinsiplərini bərqərar edib. Ermənistan tərəfdən Azərbaycanın cəlb edildiyi ədalətsiz müharibədə insan qırğınının qarşısını almaq üçün atəşkəsə nail olub.

Bunu oktyabrın 17-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının dövlət müstəqilliyinə həsr olunan “Qloballaşma və milli mənəvi dəyərlərimiz” mövzusunda keçirilən elmi-praktik seminarda bu ali məktəbin tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova söyləyib.

BSU-dan AZƏRTAC-a bildiriblər ki, X.Sultanova müstəqilliyimizin keşməkeşli yol keçdiyini bildirib. O, ümummilli lider Heydər Əliyevin qayıdışına qədər ölkənin çox mürəkkəb durumda olduğunu, sosial-siyasi, milli-etnik konfliktlərin son gərginlik həddinə çatdığını qeyd edib.

Azərbaycan multikulturalizmi kafedrasının baş müəllimi Asif Quliyev “Heydər Əliyev və Azərbaycan dövlətçiliyində milli dəyərlər” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu Öndər mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.

Həmin kafedranın müəllimi Mayya Cəfərquliyeva “Milli mənəvi dəyərlər multikulturalizm kontekstində” mövzusu ətrafında Azərbaycan multikulturalizminin mahiyyəti barədə tələbələrlə diskussiya aparıb.

Seminarda mövzuya dair məruzələr dinlənilib. Milli mənəvi dəyərlərimizə həsr olunan film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.