REGİONLAR


Milli-mənəvi və dini dəyərlərimizin qorunmasında dini icma sədrləri və din xadimlərinin üzərinə mühüm vəzifələr düşür

Astara, 19 fevral, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Mərkəzi Kitabxanasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, toplantıda çıxış edən Astara Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev dövlət-din münasibətlərindən danışaraq, İslam dininin ümumbəşəri mahiyyəti və birləşdirici missiyası ilə insanları daim sülhə və humanizmə dəvət etdiyini bildirib.

Ötən il görülən işləri, həyata keçirilən layihələri diqqətə çatdıran M.Hacıyev rayonda mövcud olan vəhdətin qorunub saxlanılmasının vacibliyini qeyd edib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə çıxışında milli-mənəvi və dini dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında dini icma sədrləri və din xadimlərinin üzərinə düşən mühüm vəzifələrdən danışıb.

QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli dövlətin dinə qayğısından danışaraq, dini icma sədrlərinə və din xadimlərinə tövsiyələrini çatdırıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.