REGİONLAR


Milli-mənəvi və dini dəyərlərin qorunmasında dini icma sədrləri və din xadimlərinin üzərinə mühüm vəzifələr düşür

Lənkəran, 4 fevral, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Şəhər İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə milli-mənəvi və dini dəyərlərin qorunması istiqamətində 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yığıncaqda çıxış edən QMİ-nin cənub bölgəsi qazısı Qəni Axundzadə Azərbaycanda dinə göstərilən qayğıdan danışaraq ölkəmizdə müxtəlif dinlərin, xalqların və məzhəblərin nümayəndələrinin sülh, həmrəylik və qarşılıqlı hörmət şəraitində yaşadığını bildirib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında dövlət-din münasibətlərinin, İslam həmrəyliyinin Azərbaycan modeli haqqında danışıb.

O, çıxışında xalqımızın çoxəsrlik milli-mənəvi və dini dəyərlərinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılmasında dini icma sədrləri və din xadimlərinin üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulayıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında Azərbaycanın öz multikultural, tolerant yaşam tərzi və zəngin milli-mənəvi dəyərləri ilə dünyaya nümunə olduğunu qeyd edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.