ELM VƏ TƏHSİL


Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin büstü ziyarət olunub

Bakı, 20 iyul, AZƏRTAC

İyulun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda 22 iyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Mətbuat Şurasının və “Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun nümayəndələri milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin Botanika İnstitutunun həyətindəki büstünü ziyarət edib, önünə əklil qoyublar.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışıb, əlamətdar gün münasibətilə jurnalistləri təbrik edib.

Tədbirdə çıxış edənlər Azərbaycanda söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğının göstərildiyini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.