CƏMİYYƏT


Milli parkda baş verən yanğın söndürülüb

Milli parkda baş verən yanğın söndürülüb

Bakı, 30 mart, AZƏRTAC

Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığındakı ərazisində bu gün səhər saatlarında baş verən yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğın nəticəsində quru ot örtüyü yanıb.

Qeyd olunub ki, ərazidə növbətçilik təşkil edilib.

Hazırda baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.