CƏMİYYƏT
Milli parklarda aşkarlanan qanun pozuntularına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeddi işçisinə şiddətli töhmət verilib
Bakı, 18 yanvar, AZƏRTAC
Ötən il milli parklarda aşkarlanan qanun pozuntularına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeddi işçisinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
A.Səmədova bildirib ki, həmçinin iki mühafizə yegerinin əmək müqaviləsinə xitam verilib: “Aşağı vəzifəyə keçirilənlər var, onlardan biri sahə müfəttişdir. Yeddi mühafizə yegeri, 5 sahə müfəttişi, 4 direktor müavini töhmət alıb. Xəbərdarlıq alan direktor və direktor müavinləri var. Bu, onu göstərir ki, nəinki qaydanı pozan vətəndaşlara, işinə məsuliyyətsiz yanaşan işçilərə qarşı da tədbirlər görülür”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]