ELM VƏ TƏHSİL


Milli qiymətləndirmənin nəticələri təhlil edilib

Bakı, 2 iyun, AZƏRTAC

Təhsil İnstitutu ümumi təhsil pilləsində fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə martın 5-12-də keçirilmiş milli qiymətləndirmənin nəticələrini təhlil edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nəticələrə əsasən, qızlar qiymətləndirmədə iştirak edən şagirdlərin 52 faizini təşkil edərək oğlanlardan daha yüksək nəticə göstərib. Regionlar üzrə aparılan müqayisənin nəticələrinə əsasən, ən yaxşı nəticə Gəncə (64,7 faiz), Şirvan (63,8 faiz) və Xırdalan (61,8 faiz) şəhərlərində qeydə alınıb.

Tədqiqatın nəticələri sinif və fənlər üzrə təhlil edildiyi zaman şagirdlərin ən yüksək orta müvəffəqiyyət göstəricisi III sinifdə ingilis dili fənni, VI sinifdə fizika fənni, VII sinifdə Azərbaycan dili fənni üzrə müəyyən olunub.

Qeyd edək ki, sözügedən milli qiymətləndirmə respublika üzrə 20 regionda III, VI və VII siniflərdə oxuyan 7 min 102 şagird arasında keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.