MƏDƏNİYYƏT


Milli qurtuluş, xalqın zəfəri...

Bakı, 14 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı filialı 15 iyun - Milli Qurtuluş Günü münasibətilə “Milli qurtuluş, xalqın zəfəri” mövzusunda tədbir keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Mirzə Ələkbər Sabir adına 259 nömrəli tam orta məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, Ermənistanın işğalçılıq təcavüzü respublikada vəziyyəti gərginləşdirib. Ulu öndər Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində fəaliyyətə başlayıb. Ümummilli Liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi, vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım olub.

Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.