MƏDƏNİYYƏT


Milli rəqslərimiz Gürcüstanda rəğbətlə qarşılanıb

Bakı, 4 iyul, AZƏRTAC

Gürcüstanın Batumi və Kobuleti şəhərlərində ənənəvi “Морская гармония” adlı beynəlxalq folklor festival-müsabiqə keçirilib. Festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Binəqədi Mərkəzi Mədəniyyət evinin “Köhnə Bakı” rəqs qrupunun üzvləri təmsil edib.

İdarədən AZƏRTAC-a bildirilib ki, qrupun təqdimatında milli rəqslərimiz xarici tamaşaçıların böyük marağına səbəb olub və onlarda yaddaqalan xoş təəssürat yaradıb.

Festival-müsabiqəyə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rusiya, Ukrayna, Belarus, Latviya və İndoneziyadan 50 dən çox müxtəlif kollektivlər qatılıb. Qalibləri beynəlxalq dərəcəli, peşəkar xoreoqraflardan ibarət münsiflər heyəti tərəfindən seçilib.

İyulun 3-də keçirilən yekun qala konsertdə ölkəmizi təmsil edən “Köhnə Bakı” rəqs qrupu “Ən yaxşı milli rəqs” nominasiyasında 3-cü yerə, vokal nominasiyasında isə müğənni Əli Quliyev xüsusi medal və diploma layiq görülüblər.

Qara dəniz sahilində təşkil olunan bu festival-müsabiqə müxtəlif dünya ölkələrinin təhsil ocaqlarının folklor musiqisi və milli rəqslərini ifa edən qrup və ansambllarını bir araya gətirir. Festival ictimaiyyətin, xüsusilə də uşaqların, gənclərin milli mədəniyyət barədə anlayışını inkişaf etdirmək məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.