MƏDƏNİYYƏT


Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb

Stokholm, 26 may, Rauf Əliyev, AZƏRTAC

İsveçin paytaxtı Stokholm şəhərində fəaliyyət göstərən “Qarabağ” rəqs qrupu İsveç İslam təşkilatı “İbn Rushid Studieförbund” tərəfindən təşkil olunan “Digital Ramazan 2020 Stockholm” tədbirində iştirak edərək milli rəqslərimizi ifa edib.

AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin mədəniyyətinin nümayiş edildiyi beynəlxalq tədbirdə İsveç-Azərbaycan Dərnəyi “SAF-ın” nəzdində fəaliyyət göstərən rəqs qrupu “Yallı”, “Almalı” və “Bayram” rəqsləri ilə nümunəvi çıxış ediblər.

İsveçdə yaşayan azərbaycanlı uşaqlardan ibarət rəqs qrupunun çıxışları maraqla qarşılanıb. Tədbir İsveçin dövlət kanalı SVT 1 vasitəsilə yayımlanıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.