İQTİSADİYYAT


Milli təqvimin daha bir tarixi günü

Bakı, 5 sentyabr, AZƏRTAC

Qalib Azərbaycan xalqı milli təqvimə daha bir tarixi günü qürurla və əzəmətlə yazmağa müvəffəq oldu. "Qarabağ" təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi. Bu, 30 ilə yaxın müddətdə həsrətlə gözlədiyimiz Böyük Qayıdışın daha bir rəmzi - simvolik ifadəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Komitə sədri qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri həmin ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Təqdirəlayiq haldır ki, Prezident İlham Əliyevin rəhbərliyi və müvafiq tapşırıqları əsasında bəhs olunan torpaqlarda zəruri infrastrukturun yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Böyük Qayıdışın təmin edilməsində çox mühüm humanitar missiya həyata keçirir. Onun rəhbərliyi ilə görülən işlər - atılan addımlar işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparılmasında çox böyük əhəmiyyət daşıyır.

S.Novruzov deyib ki, bütövlükdə Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanı ilə yanaşı, Laçın və Zəngilan rayonlarında da beynəlxalq hava limanlarının tikintisi həm sosial-iqtisadi, həm də strateji cəhətdən olduqca önəmlidir. Azərbaycan dövləti bütün bu imkanlardan və üstünlüklərdən istifadə edərək öz qüdrətini daha da artıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.