İQTİSADİYYAT


Milli valyutada olan əmanətlər 12,3 faiz artıb

Bakı, 21 may, AZƏRTAC

Mərkəzi Bankın məlumatına görə, aprelin 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği mart ayı ərzində 442,7 milyon manat azalaraq 8 milyard 251,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əmanətlərin 55,1 faizi xarici, 44,9 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 12,3 faiz artıb, xarici valyutada əmanətlər isə 9,8 faiz azalıb.

Aprel ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,85 (1,87) manata, 100 rus rubluna 2,27 (2,49) manata bərabər olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.