İQTİSADİYYAT
Milli valyutada olan əmanətlər 26,9 faiz artıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Sentyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq 8 milyard 561,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əmanətlərin 56 faizi xarici, 44 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 26,9 faiz artıb, xarici valyutada əmanətlər isə 5,1 faiz azalıb.
Sentyabrda milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,87 (1,91) manata, 100 rus rubluna 2,62 (2,61) manata bərabər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]