DÜNYA


Milli valyutanın ucuzlaşması nəticəsində Gürcüstanın xarici dövlət borcu xeyli artıb

Tbilisi, 6 noyabr, AZƏRTAC

Gürcüstanda milli valyutanın ABŞ dolları qarşısında ucuzlaşması nəticəsində ölkənin 2019-cu il dövlət büdcəsi layihəsindəki xarici borcu 395 milyon lari artıb.

AZƏRTAC xəbər verir ki, 2019-cu ilin dövlət büdcəsinin ilkin variantında Gürcüstanın xarici borcu 15 315 milyard GEL (lari) nəzərdə tutulub. Milli valyutanın kəskin ucuzlaşması fonunda layihənin hazırlanmış yeni variantında isə bu rəqəm 15 710 milyard lari müəyyən olunub.

Ölkənin dövlət büdcəsinin yeni variantında milli valyutanın məzənnəsi də dəyişdirilərək 1 dollar - 2.70 GEL müəyyən olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.