İDMAN


Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirəcək

Bakı, 23 oktyabr, AZƏRTAC

Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, yığmamız saat 16:00-da başlayacaq oyunda Farer Adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Oyunu latviyalı baş hakim Jelena Jermolajeva idarə edəcək. Ona Liga Didrike (Latviya) və Svitlana Qruşko (Ukrayna) kömək edəcəklər. Dördüncü hakim funksiyasını ukraynalı Katerina Usova yerinə yetirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.