İDMAN


Millimiz Dubayda yoldaşlıq oyununda heç-heçə edib

Millimiz Dubayda yoldaşlıq oyununda heç-heçə edib

Bakı, 11 mart, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, bu ölkənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb.

Millimizin qolunu qarşılaşmanın 81-ci dəqiqəsində Hüseynli Fatiməyi-Zəhra vurub.

Komandalar arasında növbəti oyun martın 13-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.