İDMAN


Millimiz UEFA İnkişaf turnirində sonuncu oyununu keçirib

Bakı, 27 fevral, AZƏRTAC

UEFA İnkişaf turnirində iştirak edən futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması sonuncu oyununu keçirib.

AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, komandamız Maltadan olan həmyaşıdları ilə qarşılaşıb.

Maltanın Ta’Qali şəhərindəki Centenary stadionunda keçirilən oyun rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Futbolçularımız ilk oyunda Cəbəllütariq yığmasına 2:0 hesabı ilə qalib gəliblər. Şotlandiya yığması ilə qarşılaşan millimiz böyük hesabla məğlub olub – 0:7.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.