İDMAN


Millimiz Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək

Bakı, 6 may, AZƏRTAC

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Ukrayna Futbol Federasiyasının dəvəti ilə mayın 25-dən 29-dək Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, millimiz ilk oyunda mayın 26-da Ukrayna yığması ilə qarşılaşacaq. U-21 ilk oyunun nəticəsindən asılı olaraq, mayın 28-də Tunis və ya Özbəkistan yığmalarından biri ilə üz-üzə gələcək.

Millimiz turnirə hazırlıq məqsədilə mayın 19-dan 24-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.