İDMAN


Millimiz "Neftçi" ilə yoxlama oyunu keçirib

Bakı, 27 aprel, AZƏRTAC

Bakıda təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, “Neftçi”nin U-19 komandası ilə oyun 2:2 hesablı heç-heçə başa çatıb.

Millimizin qollarını Sadiq Şəfiyev və Sənan Ağalarov vurub.

U-17 sonuncu yoxlama oyununu aprelin 30-da “Səbail”in U-19 komandasına qarşı keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.