İDMAN


Millimizi Avropa çempionatının təsnifat mərhələsinin oyunlarına Pərviz Səmədov çıxaracaq

Bakı, 4 may, AZƏRTAC

Kişi voleybolçular arasında Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq Azərbaycan milli komandası Gürcüstandadır.

AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, millimiz “F” qrupunda Gürcüstan, Monteneqro və Yunanıstan yığmalarına qarşı mübarizə aparacaq.

Bir müddət əvvəl koronavirusa yoluxan millimizin baş məşqçisi Fərid Cəlalov səhhətində yaranan problemlərə görə təsnifat mərhələsinə komandamız ilə birgə yollanmayıb. Milli komandamız bu yarışda Pərviz Səmədovun rəhbərliyi altında çıxış edəcək. Ona Dilqəm Qəhrəmanov və Akif Vəliyev kömək edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.