İDMAN


Millimizin Avropa çempionatının elit-raund mərhələsi üçün heyəti açıqlanıb

Bakı, 11 mart, AZƏRTAC

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının elit-raund mərhələsi üçün heyəti açıqlanıb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, heyətdə Nicat Mehbaliyev (“Qarabağ”), Nail Alışov (“Neftçi”), Rüstəm Samuqullin (“Stroqina”, Rusiya), Elnur İbrahimov (“Spartak-2”, Rusiya), İbrahim Hüseynov (“Qarabağ”), Zahid Mərdanov (“Sabah”), Rauf Hüseynli (“Qarabağ”), Rüstəm Nuriyev, Vüsal Məsimov (hər ikisi “Qəbələ”), Zamiq Əliyev (“Qarabağ”), Şakir Seyidov (“Sabah”), İdris İnqilablı (“Qəbələ”), Turan Vəlizadə (“Neftçi”), Tural Bayramov (“Qarabağ”), Sərhad Daşdəmir

(“AFC Fylde”, İngiltərə), Elvin Cəfərquliyev (“Qarabağ”), Murad Mahmudov (“FSV Frankfurt”, Almaniya), Kamran Quliyev (“FK Jonova”, Litva), Musa Qurbanlı (“Qarabağ”) və Emil Qasımov (“Sabah”) yer alıblar.

Qeyd edək ki, millimiz elit-raund çərçivəsində martın 20-də Rusiya, üç gün sonra İrlandiya, ayın 26-da isə Rumıniya yığması ilə qarşılaşacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.