İDMAN


Millimizin Avropa çempionatının final mərhələsindəki oyunlarının təqvimi açıqlanıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı “D” qrupunun təqvimi müəyyənləşib.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, millimiz mübarizəyə yanvarın 22-də start verəcək. Yığmamızın ilk rəqibi Gürcüstan seçməsi olacaq. Futzalçılarımız yanvarın 26-da İspaniya, üç gün sonra isə Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcəklər.

Millimizin oyunları Qroningen şəhərində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.