İDMAN


Millimizin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib

Millimizin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib

Bakı, 3 fevral, AZƏRTAC

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində millimizin keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, millimiz seçmə mərhələyə sentyabrın 12-də Serbiya yığması ilə matçla start verəcək. İlk oyun səfərdə keçiriləcək. Oktyabrın 12-də millimiz Şimali İrlandiya, beş gün sonra isə Lüksemburqu qəbul edəcək. Futbolçularımız noyabrın 21-də Ukrayna seçməsinin qonağı olacaqlar. Gələn il martın 22-də seçməmiz doğma meydanda İngiltərə, dörd gün sonra isə Ukrayna ilə qarşılaşacaq. Sentyabrın 6-da komandamız Lüksemburqun qonağı olacaq, ayın 10-da isə Serbiya seçməsini qəbul edəcək. Yığmamız seçmə mərhələdə son iki matçını səfərdə keçirəcək. Oktyabrın 12-də Şimali İrlandiya ilə üz-üzə gələcək seçməmiz üç gün sonra İngiltərənin qonağı olacaq.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.