İDMAN


Millimizin Avropa çempionatının seçmə mərhələsində oyunlarının təqvimi müəyyənləşib

Bakı, 20 noyabr, AZƏRTAC

Futzal üzrə Avropa çempionatının 2022-ci ildə keçiriləcək seçmə mərhələsində 3-cü qrupda çıxış edəcək Azərbaycan millisinin oyunlarının təqvimi aydın olub.

AZƏRTAC xəbər verir ki, bu barədə UEFA-nın saytında məlumat verilib. Belə ki, 2021-ci ilin yanvarın 29-da Azərbaycan – Slovakiya, fevralın 2-də Yunanıstan - Azərbaycan, martın 4-də Azərbaycan – Moldova, martın 9-da Moldova - Azərbaycan, aprelin 8-də Slovakiya - Azərbaycan, aprelin 14-də isə Azərbaycan - Yunanıstan matçları olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.