İDMAN


Millimizin Bakıda təlim-məşq toplanışı başlayıb

Bakı, 9 mart, AZƏRTAC

Bakıda futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb.

AZƏRTAC xəbər verir ki, martın 11-dək davam edəcək hazırlıq prosesində Nərgiz Əliyeva (“Keşlə”), Zuhal Ezer (“Kəmər”, Türkiyə), Alina Nahmadova (“Fidan”), Milana Rəhimova, Lamiyə Əlizadə (hər ikisi 8-İOEUGİM), Samirə Aşırova, Aysun Muradova (hər ikisi “Qubek”), Leyla Ağayeva (“Fidan”), Rübabə Atakişizadə (8-İOEUGİM), Nahidə Məmmədova (“Gənclik”), Fatimə Əhmədli, Pərvin Səfərəliyeva (hər ikisi 8-İOEUGİM), Ləman Mustafazadə (“İmişli”), Züleyxa Zamanlı, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva (hər üçün “Keşlə”), Neslihan Bozkaya (“Kəmər”, Türkiyə) və Nisrine Zerioul (“Bohum 1848”, Almaniya) iştirak edirlər.

Qeyd edək ki, millimiz martın 12-dən 16-dək Tbilisidə də təlim-məşq toplanışında iştirak edəcək. Yığmamız martın 13-də və 15-də Bakı vaxtı ilə saat 14:00-da isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.