İDMAN


Millimizin Bakıda təlim-məşq toplanışı olacaq

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 28-dən martın 6-dək Rusiyanın Soçi şəhərində təşkil olunacaq “Kuban Baharı” turnirində iştirak edəcək 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası fevralın 24-dən 27-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, hazırlıq prosesinə Elvira Əsgərzadə, Minarə Gözəlova, Sona Rəhimova, Aytac Nemətova, Fidan Abdurrahmanova, Həqiqət Qasımova (hamısı 8 №-li İOEUGİM), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva (hamısı “Keşlə”), Rövşanə Sərdarlı, Ayşən Əhmədova, Vüsalə Seyfəddinova (hamısı “Uğur”), Alina Nahmadova, Umnisə Əliyeva, Ləman Niftəliyeva (hamısı “Fidan”), Lamiyə Qurbanova, Anna Abulaşvili (hər ikisi “Qəbələ”), Neslihan Bozkaya (“Kemer”), Seval Cakan (“Essen-Şönebek”, Almaniya) və Dilara Deli Soley (“FSV Gütersloh”, Almaniya) dəvət olunublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.