İDMAN


Millimizin futbolçusu Renat Dadaşov Portuqaliya çempionatında ilk qolunu vurub

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov “Tondela”nın heyətində Portuqaliya çempionatında ilk qolunu vurub.

AZƏRTAC xəbər verir ki, 22 yaşlı hücumçu “Braqa”ya 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın VI tur oyununda fərqlənib. R.Dadaşov komandasının yeganə qoluna 86-cı dəqiqədə imza atıb.

Qeyd edək ki, “Tondela” 6 oyundan sonra 3 xalla 16-cı, “Braqa” isə 11 xalla 5-ci pillədə qərarlaşıb. Müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan R.Dadaşov icarə əsasında Portuqaliya təmsilçisində çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.