İDMAN


Millimizin futbolçusu Ukraynada klubunu dəyişə bilər

Bakı, 12 may, AZƏRTAC

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Anatoli Nuriyev “Minay” klubundan ayrıla bilər.

AZƏRTAC xəbər verir ki, 25 yaşlı futbolçunun “Kolos” klubuna keçəcəyi bildirilir. Bu barədə “Meta-ratings.com.ua” saytı məlumat yayıb.

“Minay” Ukrayna Premyer Liqasını tərk edib. A.Nuriyevin Ujqorod təmsilçisi ilə olan müqaviləsində belə bir maddə var ki, klub aşağı liqaya düşəcəyi təqdirdə, oyunçu azad agent statusu alacaq. “Kolos” isə bundan yararlanaraq, A.Nuriyevi heyətinə qatmaq niyyətindədir.

A.Nuriyev bu mövsüm Ukrayna çempionatında 24 oyuna 10 qol vurub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.