İDMAN


Millimizin rəqibi Almaniya ilə yoldaşlıq görüşü keçirəcək

Millimizin rəqibi Almaniya ilə yoldaşlıq görüşü keçirəcək

Bakı, 30 yanvar, AZƏRTAC

Futbol üzrə Azərbaycan millisinin “Avro-2024”ün seçmə mərhələsindəki rəqibi Belçika yığması yoldaşlıq görüşü keçirəcək.

AZƏRTAC xəbər verir ki, komanda Almaniya ilə qarşılaşacaq. Oyun martın 28-də Kölndə keçiriləcək. Bu barədə Almaniya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Bu oyundan 4 gün əvvəl isə Belçika “Avro-2024”ün seçmə mərhələsindəki ilk qarşlaşmasında İsveçin qonağı olacaq. Həmin gün Azərbaycan millisi səfərdə Avstriya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycanla Belçika arasında oyunlar sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.