İDMAN


Millimizin rəqibi heyətini açıqlayıb

Bakı, 18 yanvar, AZƏRTAC

Final mərhələsi 2022-ci ildə keçiriləcək Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisinin ilk rəqibi olacaq Slovakiya yığması hazırlığa başlayıb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Marian Berky zədə və koronavirus ehtimalını nəzərə alaraq, toplanışa geniş heyət dəvət edib.

Heyətdə qapıçılar - Erik Bielik (Levice), Milan Herko (Jilina), Marek Karpiak (Slaviya Praqa), Erik Klema (MIMEL Luçenec), Marek Kuşnir (RIDOP MIBA), Riçard Oberman (MIMEL Luçenec), oyunçular - Sebastian Baço (RIDOP MIBA),Marek Belanik (Jilina), Anton Brunovski (MIMEL Luçenec), Daniel Çerovski (MIMEL Luçenec), Martin Doşa (ERA-PACK Xrudim), Tomaş Drahovski (Sala Garcia), Robert Greşko (MIMEL Luçenec), Marian Hudek (Jilina), Marko Hudaçek (VfL 05 Hohenstein-Ernstthal), Jakub Kofçak (Podpor Pohyb Koşice), Peter Kozar (SK İnterobal Plzen), Patrik Kriştofík (Jilina), Matuş Kyjovski (MIMEL Luçenec), Samo Maruşinec (Jilina), Filip Marton (Jilina), Pavol Matejov (Jilina), Kristian Medon (Red Devils Çojnice), Filip Vaktor (Slaviya Praqa), Patrik Molda (MAYERSON Nove Zamky), Dominik Ostrak (Rapid), Martin Peçy (RIDOP MIBA), Duşan Rafaj (FOFO Bratislava 1984), Filip Rafanides (RIDOP MIBA), Gabriel Rick (İnterobal Plzen), Peter Serbin (MIMEL Luçenec), Martin Smeriçka (MIMEL Luçenec), Matuş Şevçík (İnterobal Plzen), Martin Ştrbak (Jilina), Peter Ştefanak (4FSC FTVŞ UK), Vojteç Turek (CLN CUS Molise), Patrik Vaşek (MAYERSON Nove Zamky), Patrik Zatoviç (GSF Glivice) və Martin Zdrahal (Jilina) yer alıblar.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində millimiz yanvarın 29-da Bakıda Slovakiya yığmasını qəbul edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.