İDMAN


Millimizin rəqibinin yeni baş məşqçisi müəyyənləşib

Bakı, 12 fevral, AZƏRTAC

Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan 21 yaşadək futbolçularda ibarət Estoniya yığmasının yeni baş məşqçisi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Estoniya Futbol Assosiasiyası bu posta ukraynalı mütəxəssis Roman Kojuxovskini təyin edib.

Uzun müddətdir Estoniyada çalışan və hazırda “Kuressare” klubunun baş məşqçisi olan 42 yaşlı R.Kojuxovski hər iki işi eyni anda davam etdirəcək. Mütəxəssisin assosiasiya ilə müqavilə müddəti 2 il nəzərdə tutulub.

Qeyd edək ki, Estoniya yığması seçmə mərhələdə Azərbaycanla yanaşı, Xorvatiya, Avstriya, Norveç və Finlandiya ilə mübarizə aparacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.