İDMAN


Millimizin sabiq futbolçusu Vüqar Nadirov MFL-ə direktor təyin olunub

Bakı, 16 fevral, AZƏRTAC

Veteran futbolçu, vaxtilə Azərbaycan Premyer Liqasında müxtəlif klubların və Azərbaycan milli komandasının heyətində çıxış etmiş Vüqar Nadirov MFL-ə direktor təyin olunub.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, fəaliyyətə başladığı gündən MFL tərəfindən istər kişilərdən, istərsə də qadınlardan ibarət komandalar arasında müxtəlif turnirlər təşkil olunub. MFL qısa müddət ərzində həvəskar futbolçuların böyük marağına səbəb olan layihələr həyata keçirib.

Təsisçilərin ümumi yığıncağında Vüqar Nadirovun direktor vəzifəsinə təyin edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, MFL-in səhmlər paketinin 25 faizi AFFA-ya məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.