İDMAN


Millimizin üzvü Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında həftənin rəmzi komandasına düşüb

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan yığmasının üzvü Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) həftənin rəmzi komandasına düşüb.

AZƏRTAC xəbər verir ki, “Finiks Rayzinq” klubunda çıxış edən 29 yaşlı hücumçu buna XII turda “Las-Veqas Layts”ı məğlub etdikləri matçdakı oyununa görə nail olub.

R.Dadaşov 5:1 hesabı ilə qələbə qazandıqları matçda 2 qol vurub və məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda “Finiks Rayzinq” 12 oyundan sonra 26 xalla B qrupunda liderdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.