İDMAN


Millimizin voleybolçusu: Əsas məqsədimiz Avropa çempionatında qrupdan çıxmaqdır

Millimizin voleybolçusu: Əsas məqsədimiz Avropa çempionatında qrupdan çıxmaqdır

Bakı, 24 may, AZƏRTAC

"CSM Lugoj" klubu üçün cari mövsüm əldə olunan hər bir medal əhəmiyyətlidir. Əvvəllər komanda mükafatçılar sırasında yer ala bilmirdi. Lakin bu il komandamız ölkə çempionatında bürünc, Rumıniya kuboku yarışlarında qızıl, Çağırış kuboku turnirində isə gümüş medala sahib oldu. Mövsümün öncəsində isə Rumıniya Superkubokunu qazandıq.

Bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin və Rumıniyanın "CSM Lugoj" klubunun üzvü Yelizaveta Ruban AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Daha bir mövsüm "CSM Lugoj" klubunda çıxış edəcəyini vurğulayan voleybolçu qarşıda millimizi ciddi sınaq gözlədiyini bildirib.

Qeyd edib ki, yığmamız növbəti dəfə Avropa çempionatında çıxış edəcək. Çempionat oyunlarının gərgin idman mübarizəsi şəraitində keçəcəyini indidən demək olar. Yarışa ciddi hazırlaşacağıq. Qələbə qazanmaq üçün həmişə şans var. Biz bundan maksimum istifadə etməliyik. Milli komandaya yeni baş məşqçi təyin olunub. İnanıram ki, o komandaya yeni nəfəs gətirəcək. Fikrimcə, məşqçi yığmamızın üzvlərinə yeni taktikalar öyrədərək, növbəti qələbələr üçün zəmin yaradacaq. Əsas məqsədimiz isə qrupdan çıxmaqdır”, - deyə voleybolçu əlavə edib.

Qeyd edək ki, yığma komandamız Avropa çempionatının C qrupunda Almaniya, Türkiyə, Çexiya, İsveç və Yunanıstan kollektivləri ilə birgə mübarizə aparacaq. Avqustun 15-dən sentyabrın 3-dək keçiriləcək çempionata Belçika, İtaliya, Estoniya və Almaniya birgə ev sahibliyi edəcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.