İDMAN


Millimizin voleybolçusu Macarıstan klubu ilə müqavilə imzalayıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Anastasiya Bessonova karyerasını Macarıstanda davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, 21 yaşlı voleybolçu “Bekeşçaba” klubu ilə müqavilə imzalayıb. O, yeni komandası ilə bir mövsümlük anlaşıb.

Qeyd edək ki, voleybolçumuz iki ay əvvəl “Azərreyl”lə müqavilə imzalamışdı. Lakin avrokuboklarda oynamaqdan imtina edən Bakı klubu əksər oyunçuları ilə yollarını ayırmaq məcburiyyətində qalıb. Təmsilçimizlə anlaşmasını qarşılıqlı razılaşma ilə pozduqdan sonra voleybolçu Macarıstan variantına üstünlük verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.