İDMAN


Millimizin yer aldığı qrupun oyunları Braziliyada təşkil olunacaq

Bakı, 12 aprel, AZƏRTAC

Qadın voleybol komandaları arasında kontinental Olimpiya təsnifat turnirinə ev sahibliyi edəcək ölkələr müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisi Braziliya, Dominikan Respublikası və Kamerun ilə birlikdə “D” qrupunda mübarizə aparacaq. Millimizin yer aldığı qrupun oyunları Braziliyada təşkil olunacaq.

Avqustun 2-4-də keçiriləcək turnirin yekununda qrupda birinci yeri tutan komanda “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.