DÜNYA


Milyarder Ceff Bezosun kosmosa səyahəti gerçəkləşib

Bakı, 20 iyul, AZƏRTAC

İyulun 20-də “Amazon” şirkətinin və “Blue Origin” aerokosmik kompaniyasının qurucusu, dünyanın ən varlı insanlarından biri olan Ceff Bezos və onunla yanaşı üç nəfər “New Shepard” gəmisi ilə kosmosa uçub. Gəmi Texas ştatının qərbindən start götürüb.

AZƏRTAC ABŞ KİV-lərinə istinadla xəbər verir ki, heyəti bütünlüklə mülki şəxslərdən ibarət pilotsuz kosmik uçuş tarixdə ilk dəfə həyata keçirilir. Bezosa qardaşı Mark, 82 yaşlı amerikalı aviator Wally Funk və Somerset Capitals Partner şirkətinin yüksək vəzifəli menecerinin 18 yaşındakı tələbə oğlu Olivier Deamen yoldaşlıq edirlər. Deamen kosmosa uçan ən gənc, Funk isə ən yaşlı insan olacaq.

Kosmik gəminin 106 kilometr yüksəkliyə qalxacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.