İDMAN


Milyarder Dmitri Rıbolovlev Monakoda həbs edilib

Bakı, 7 noyabr, AZƏRTAC

“Monako” futbol klubunun sahibi, rusiyalı iş adamı, milyarder Dmitri Rıbolovlev Monako Prokurorluğunun sorğusuna əsasən saxlanılıb.

AZƏRTAC “Le Monde” nəşrinə istinadla xəbər verir ki, Rıbolovlev korrupsiya və digər cinayətlərdə şübhəli bilinir. Onun Monte-Karlodakı mənzilində axtarış aparılıb.

2017-ci ildə Rıbolovlev isveçrəli art-diler İva Byve ilə məhkəmə prosesinin öz xeyrinə nəticələnməsinə nail olmaq üçün Monako polisinin rəhbərliyi ilə əlaqələrindən istifadə etməyə cəhd göstərib.

Rusiyanın ən zəngin şəxslərindən olan Rıbolovlev 2018-ci ildən etibarən “Forbes”in siyahısında 18-ci sırada yer alır. Onun sərvəti 6,8 milyard dollar dəyərində qiymətləndirilir.

2011-ci ildən etibarən “Monako” futbol klubunun sahibi olan iş adamı komandasının UEFA Çempionlar Liqasında “Brügge”yə qarşı ev oyunundan bir neçə saat əvvəl həbs edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.