DÜNYA


Milyarder Maykl Blumberq şirkətini sata bilər

Vaşinqton, 6 dekabr, AZƏRTAC 

Milyarder Maykl Blumberq “Radio lowa” radiostansiyasına müsahibəsində bildirib ki, 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürsə, çox güman ki, maliyyə bazarlarının peşəkar iştirakçıları üçün informasiya təchizatçısını və ABŞ-da aparıcı xəbər təşkilatlarından birini - “Bloomberg LP” şirkətini satacaq.

AZƏRTAC xəbər verir ki, M.Blumberqin sözlərinə görə, o, ya şirkəti satacaq, ya da maraqların toqquşmasının qarşısını almaq üçün onu inanılmış şəxsə etibar edəcək. Lakin əlavə edib ki, 76 yaşında olduğuna görə şirkəti satmaq onun üçün daha məqsədəuyğun olardı.

Qeyd edək ki, “Bloomberg” şirkəti 1981-ci ildə Maykl Blumberq tərəfindən təsis edilib. Hazırda şirkətin səhmlərinin 88 faizi milyarderə məxsusdur.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşqinton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.