DÜNYA


Milyarder Yusaku Maezava daha iki nəfəri Aya uçuş üçün seçib

Milyarder Yusaku Maezava daha iki nəfəri Aya uçuş üçün seçib

Tokio, 9 dekabr, AZƏRTAC

Yapon milyarder Yusaku Maezava K-pop ulduzu TOP-u və DJ Stiv Aokini İlon Maskın SpaceX raketi ilə Aya birlikdə uçuş üçün seçib.

AZƏRTAC xəbər verir ki, tanınmış K-pop ulduzu və DJ yapon milyarderin Aya gələn ilə planlaşdırılan uçuş üçün seçəcəyi səkkiz yoldaşdan ikisi olacaq. Bu barədə o, #dearMoon adlandırdığı layihə ilə əlaqədar tviter və veb-səhifələrində paylaşımda bildirib.

Xatırladaq ki, Y.Maezava Aya ilk səyahət üçün 2018-ci ildə başlamış layihədə kosmik gəmidə olan bütün yerləri alıb. Bu onun “Soyuz” kosmik gəmisində 12 gün davam etmiş səyahətindən sonra ikinci belə uçuş olacaq.

Yaponiyalı moda maqnatı və onun yoldaşları Ayın ətrafına dolanacaq SpaceX kosmik gəmisinin ilk sərnişinləri olacaqlar. Bu layihə Ceff Bezosun “Blue Origin” və digər kommersiya şirkətlərinin varlı müştərilər üçün təşkil edəcəyi kosmik səyahətlər dövrünün başlanğıcı hesab edilir.

Y.Maezava səkkiz yoldaşını seçmək üçün öz mikrobloq saytından istifadə edib. Bu günədək həmin çağırışa bir milyondan çox insanın cavab verdiyi bildirilir.

Qrupda, həmçinin hindistanlı aktyor Dev Coşin də qrupda yer aldığı bildirilir. Bundan əlavə, amerikalı snoubordist Keytlin Farrinqton və yapon rəqqasə Miyu da heyətin ehtiyat üzvləri elan ediliblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.