CƏMİYYƏT


Mina xəritələri ilə bağlı Ermənistana qarşı petisiyaya qoşulanların sayı 15 min nəfərə yaxınlaşıb

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycanın müharibədən zərərçəkən regionlarında fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti təşkilatı dünyaca məşhur www.change.orq  saytında Ermənistana qarşı petisiya ilə çıxış edib. Petisiyanın ictimailəşdirilməsi məqsədilə bir müddət əvvəl tanınmış ictimai xadimlər, mədəniyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, insan hüquq müdafiəçiləri də kampaniyaya qoşulub.

Petisiya beynəlxalq aləmdə ciddi marağa səbəb olub. Petisiyaya 172 min 017 baxış olub, 23 min 227 nəfər isə onu paylaşıb. Ümumilikdə 500-dən yuxarı şərh yazılıb, onların hamısında Azərbaycanın haqlı tələbi dəstəklənib. Bu günədək 15 min nəfər petisiyaya qoşulub. Petisiyaya təkcə Azərbaycandan deyil, Böyük Britaniya, İsveçrə, Rusiya, Pakistan, Kanada, ABŞ, Macarıstan, Qətər, Səudiyyə Ərəbistan, BƏƏ, Malayziya, Almaniya, Türkiyə, Avstraliya, Sinqapur, Myanma, hətta Cənubi Afrika və Keniyadan qoşulanlar var.

Bu barədə AZƏRTAC-a xəbər verir ki, bu sözləri petisiyanın əsas təşəbbüskarlarından olan BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev məlumat verib.

Bildirilib ki, petisiya Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının təxminən 30 illik işğalı, habelə münaqişənin bitməsindən sonrakı dövrdə Ermənistan hərbi birləşmələrinin geri çəkildiyi zaman bu əraziləri ciddi şəkildə minalaması və minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinə etiraz çağırışıdır.

Sənəddə deyilir: “Ermənistan minaların harada qoyulduğunu bilir, lakin müxtəlif bəhanələrlə bu məlumatı verməkdən imtina edir. Otuz ildən sonra azərbaycanlı məcburi köçkünlər geri dönərək minaların arasında özlərinə həyat qurmağa çalışırlar. Lakin müharibədən sonrakı dövrdə 85-dən çox azərbaycanlı minaya düşərək həlak olub və ya ağır yaralanıb”.

“Petisiya, eyni zamanda, dünya dövlətlərinin, beynəlxalq təşkilatların, media qurumlarının diqqətini Azərbaycanın üzləşdiyi mina probleminə yönəltməyə çağırır. Petisiyaya qoşulanların sayının hər dəqiqə artması birliyimiz sayəsində bizi hədəfimizə daha da yaxınlaşdırır” - deyə Umud Mirzəyev qeyd edib.

Azərbaycan vətəndaşları və xaricdə yaşayan dostlarımız https://www.change.org/p/republic-of-armenia-urge-armenia-release-the-map-of-landmines-in-liberated-areas-of-azerbaijan-to-save-lives  saytına daxil olub petisiyaya imza ata bilərlər.

“Bu petisiyanı imzalamaqla Ermənistanı minalanmış ərazilərə dair xəritələri üzə çıxartmağa çağırmağımız çox sayda günahsız insan itkisinin qarşısını ala bilər. Bütün həmyerlilərimizi petisiyaya qoşulmağa, onu paylaşmağa çağırıram. Xüsusən qardaş Türkiyədə və postsovet məkanında, Avropada yaşayan həmyerlilərimizi daha fəal olmağa çağırırıq”, - deyə BAMF prezidenti Umud Mirzəyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.