MƏDƏNİYYƏT


Minarə Quliyeva Cəmşidi: Çalışıram müxtəlif sərgilər vasitəsilə keçə sənətinə yenidən maraq oyadım

Bakı, 3 oktyabr, AZƏRTAC

Hazırda Çanaqqala 18 Mart Universitetinin Təsviri incəsənət fakültəsinin milli türk sənətləri bölməsində baş müəllim kimi çalışıram. İşlədiyim müddətdə orada keçə ustası yanında təhsil aldım və sonra universitetdə həmin sənəti tədris etməyə başladım. Keçə sənəti bizim ortaq irsimiz olsa da, son dövrlərdə bu sənətə maraq azalıb. Çalışıram bu qədim sənəti öz əsərlərim vasitəsilə üzə çıxarım.

AZƏRTAC xəbər verir ki, bu sözləri rəssam Minarə Quliyeva Cəmşidi “Ortaq mədəniyyət, ortaq miras” adlı fərdi sərgisi zamanı jurnalistlərə açıqlamasında deyib.

“Keçə sənətində iki texnikadan istifadə olunur. Mən döymə üsulu ilə işləyirəm. Rəssam olduğum üçün qədim Göytürk yazılarını, “Dədə Qorqud” və “Koroğlu” dastanlarının motivlərini, həmçinin Novruz bayramı, türk xalqlarında nazik çörəyin hazırlanması və paylaşılması mədəniyyəti kimi tanınan “yufka”, “miniatür sənəti” və UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil olan digər ortaq miraslarımızı keçə üzərində əks etdirməyə çalışıram. Keçə sənəti zəhmət tələb edən bir sənətdir. Təəssüflər olsun ki, Azərbaycanda bu sənət artıq tədris edilmir. Çalışıram müxtəlif sərgilər vasitəsilə bu sahəyə yenidən maraq oyadım”, - deyə Minarə Quliyeva Cəmşidi bildirib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.