CƏMİYYƏT


Minə yaxın gəncin iştirak etdiyi “Könüllülər yurdu-Azərbaycan” layihəsi uğurla başa çatıb

Bakı, 11 sentyabr, AZƏRTAC

“ASAN Könüllüləri” Təşkilatının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşdırdığı “Könüllülər yurdu - Azərbaycan” layihəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən “ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov layihə ilə bağlı məlumat verib. Bildirib ki, layihənin keçirilməsində əsas məqsəd könüllülük fəaliyyətini təbliğ etməklə gəncləri buraya cəlb etmək və sosial-ictimai sahədə onların rolunun artırılmasına nail olmaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov qeyd edib ki, tədbir dövlət rəhbərliyinin həyata keçirdiyi gənclər siyasətinin bir təcəssümüdür. “ASAN xidmət”in tərkib hissəsi olan 12 mindən çox könüllü, eyni zamanda, respublikamızda keçirilən beynəlxalq yarışların uğurla keçirilməsində yaxından iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ASAN könüllülərin könüllülük fəlsəfəsini ən uğurlu formada mənimsədiklərini və bundan sonra da həyata keçirəcəkləri layihələrlə cəmiyyətin inkişafına xidmət göstərəcəklərinə əminliyini vurğulayıb.

Qeyd edək ki, 24 şəhər və rayonda həyata keçirilən “Könüllülər yurdu-Azərbaycan” layihəsində, ümumilikdə, 1000-ə yaxın gənc iştirak edib.

Layihədə “Şəxsi inkişaf”, “Könüllülüyün fəlsəfəsi və tarixi”, “ASAN Könüllüləri” təşkilatı, “ASAN School” könüllülük məktəbi və “ASAN Kadr” karyera mərkəzi, “Dövlət orqanlarının şəxsi inkişaf üçün yaratdığı imkanlar” mövzularında müxtəlif təlimlər keçirilib.

Həmçinin layihə ərzində 80 mindən çox ailəyə könüllük fəaliyyəti ilə bağlı maarifləndirici bukletlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.