CƏMİYYƏT


Mingəçevir “ASAN Həyat” kompleksində “Hədiyyə karvanı” layihəsi reallaşdırılıb

Bakı, 9 iyun, AZƏRTAC

Mingəçevir “ASAN Həyat” kompleksində “Hədiyyə karvanı” layihəsi reallaşdırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihə “YAŞAT” Fondunun və Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının birgə təşkilatçılığı, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin və Balıkəsir Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə həyata keçirilir.

Öncə Mingəçevir “ASAN Həyat” kompleksində, sonra isə həmin şəhərdən olan şəhidlərimizin ailələri ziyarət olunaraq onların uşaqları üçün hədiyyələr paylanılıb.

Xatırladaq ki, “Hədiyyə karvanı” layihəsi çərçivəsində şəhidlərimizin övladlarına müəyyən anlama və həlletmə bacarıqları tələb edən oyuncaq hədiyyələr, idman geyim dəstləri, qoruyucu maskalar, jurnallar paylanılır. Məqsəd onlara sevinc bəxş etmək, eləcə də yaradıcı potensiallarının inkişafına dəstək olmaqdır.

Ankara şəhərindən start götürən layihə çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarına səfərlər edilir və həmin rayonlardan olan şəhidlərimizin övladlarına hədiyyələr paylanılır.

1 iyun tarixindən start götürən layihə bu günə qədər Tovuz, Ağstafa, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Ağdam, Tərtər, Bərdə, Ağcabədi, Füzuli, İmişli, Kürdəmirdə gerçəkləşdirilib. Növbəti günlərdə layihənin Şəki və Balakəndə də həyata keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.