REGİONLAR


Mingəçevir Dövlət Universiteti Aqrar Elm və İnnovasiya Mərkəzi ilə əməkdaşlıq edəcək

Bakı, 26 yanvar, AZƏRTAC

Yanvarın 26-da Mingəçevir Dövlət Universiteti (MDU) ilə Aqrar Elm və İnnovasiya Mərkəzi (AEİM) arasında potensial əməkdaşlıq məsələlərinə həsr olunmuş görüş keçirilib. Zoom platforması üzərindən onlayn formatda təşkil edilən görüşdə qarşılıqlı faydalı əməkdaşlıq imkanları haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, MDU-nun yüksək ixtisaslı kadr hazırlığı istiqamətləri barədə məlumat verən rektor Şahin Bayramov təmsil etdiyi bu ali təhsil müəssisəsinin strateji hədəflərini diqqətə çatdırıb. Yeni dövrün universitetinə çevrilmək istiqamətində son dövrdə atılan addımlardan danışan rektor tədris, tədqiqat və idarəetmə sahəsində innovativ yanaşmanın tətbiqinin zəruriliyini vurğulayıb.

Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla gücləndirilməsinin vacibliyindən bəhs edən Ş.Bayramov AEİM ilə əməkdaşlığın yaradılmasından məmnunluğunu ifadə edib. İnnovativ düşüncə tərzinin və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə çalışdıqlarını qeyd edən rektor aqrar profilli startap fəaliyyətləri və biznes inkubasiya üzrə potensialın gücləndirilməsi baxımından AEİM ilə işbirliyindən gözləntilərini bölüşüb.

Görüş iştirakçılarını salamlayan AEİM-in direktoru Əkbər Abbasov təmsil etdiyi qurumun missiyası və fəaliyyət istiqamətləri barədə məlumat verib. AEİM tərəfindən həyata keçirilən uğurlu layihələr barədə danışan Ə.Abbasov elmi təşkilatlar və ali təhsil müəssisələri ilə əlaqələr, texnoloji transfer, elmi innovasiyaların tədqiqi və digər prioritet məsələlərdən bəhs edib.

MDU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirən Ə.Abbasov tələbələrin və gənc əməkdaşların aqraryönümlü startap fəaliyyətlərinin dəstəklənməsinə xidmət edən mümkün alətləri diqqətə çatdırıb. Reallaşdırılması planlaşdırılan tədbirlərdən danışan Ə.Abbasov MDU-nu təmsil edən startap komandaların aqrar mövzuda müvafiq sərgilərdə iştirakına yardım göstərməyə hazır olduqlarını deyib.

Görüşdə MDU və AEİM arasında əməkdaşlığın inkişaf etdirilməsi üzrə konkret müzakirələr aparılıb, ortaq fəaliyyətlərin hər iki tərəfin ekspertləri tərəfindən işçi qaydada əlaqələndirilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da innovativ məzmunun inkişaf etdirilməsinə və bu istiqamətdə müvafiq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.